Jurnalistin iddiası təmin edilməyib

Hazırda oxunan: Jurnalistin iddiası təmin edilməyib

122490
Araşdırmaçı jurnalist Aynur İmranovanın Dövlət Gömrük Komitəsinə qarşı iddiası təmin edilməyib. 


Aynur İmranovanın Moderator.az-a verdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsinin dünən keçirilən iclasında onun Dövlət Gömrük Komitəsi ilə bağlı qaldırdığı iddiaya baxılıb və iddia təmin olunmayıb. 

Jurnalist deyib ki, iclas zamanı video çəkilşlərin məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatətə də baxılmayıb. 

Aynur İmranova Ali Məhkəməyə müraciət etmək fikirndədir: "İddiam bu instansiyada da təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəm". 

Aynur İmranovanın sözlərinə görə, 15 oktyabr 2015-ci ildə Qırmızı Körpü Sərhəd keçid məntəqəsində məhkəmə qərarı olmadan şəxsi baxışa (soyundurularaq yoxlamaya) məruz qalıb. Bunu qanun pozuntusu hesab etdiyindən Gömrük Komitəsini məhkəməyə verib. Proses öncə Bakıda-1 saylı İnzibati-İqtisadi Məhkəməsində 6 aya yaxın  davam edib. 

Sonra hakim qərar qəbul edib ki, işə Gəncə İnzibati-İqtisadi Məhkəməsi baxmalıdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. 

Jurnalist bildirir ki sanki onun işini bilərəkdən uzatmaq istəyirlər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin