“Jurnalist Elmar Hüseynovun qatili qandallandı”x9d

Hazırda oxunan: “Jurnalist Elmar Hüseynovun qatili qandallandı”x9d

106159

“Jurnalist Elmar Hüseynovun qatili qandallandı. Allaha inanmayan varmı?”x9d. 

Moderator.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Eynulla Fətullayev özünün Facebook səhifəsində yazıb. 

Qeyd edək ki, E.Fətullayev bu sözləri Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun həbs olunmasını nəzərdə tutaraq qeyd edib.

Xatırladaq ki, bu gün Səbail rayon Məhkəməsində MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

"Haqqin.az" saytının rəhbəri urnalist Eynulla Fətullayev vaxtilə “Monitor”x9d jurnalında Elmar Hüseynovla birlikdə çalışıb. 



“Monitor”x9d jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib. 

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin