Türkiyənin Hatay vilayətinin Antakya şəhərində yerləşən, zəlzələ nəticəsində dağılan “Renessans Residence”in memarı Mehmet Yaşar Coşkun xaricə qaçmağa çalışan zaman saxlanılıb.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, tikintisi 2012-ci ildə tamamlanan, hündürmərtəbəli bina olan “Renessans Residence”də 250 mənzil var idi.
Mehmet Yaşar Coşkun İstanbul Hava Limanında saxlanılıb.





































































































