Mətbuat Şurasından XƏBƏRDARLIQ: Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır
Mətbuat Şurası jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və mesajların göndərilməsi halları ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Bizim.Media-ya MŞ-dan məlumat verilib.
Bildirilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur:
"Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qullu...