“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü keçirilib.
Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nəzərə alaq ki, Azərbaycan artıq Məşvərət formatının tamhüquqlu üzvüdür. Bu barədə qərar keçən ilin noyabrında Qırğızıstanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında qəbul edilib. Bir vacib məqamı da qeyd edək ki, növbəti Zirvə Azərbaycanda keçiriləcək.
Azərbaycanı Mərkəzi Asiyada və regiond...