Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda YENİLİK
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib.
XİN-dən Bizim.Media-ya verilən məlumata görə, müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik tətbiq olunub.
Belə ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.
Bu yeniliklə...