Avropa Şurasının Bakı ofisinin rəhbəri Azərbaycan XİN-ə ÇAĞIRILDI
Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.
"Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin...