Bakı metrosunda ən sıx gün və lider stansiyanın adı – İyun ayının statistikası
Bu ilin iyun ayında sərnişinlər metro ilə 18 milyondan çox səfər ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"QSC-dən məlumat verilib.
Bildirilib ki, ötən ilin iyun ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9 % artıb.
Ayın lideri 1 milyon 711 min 203 sərnişinlə "Koroğlu" stansiyası olub. 1 iyun isə 752 min 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.
Bundan başqa, NFC və QR bilet vasitəsilə ümumilikdə 9 milyon 366 min 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9 %-ni təşkil edib.
Həmçinin, "Əlçatan metro" xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu ötən...