XƏBƏRDARLIQ: Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
Bu gün Bakı, Göyçay, Mingəçevir və Tərtərin bəzi yerlərində işıq kəsiləcək.
Bizim.Media "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Planlı fasilə saat 09:00-dan 12:00-dək Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Qaraməryəm, Şahsoltanlı, Yekəxana kəndlərini, saat 10:00-dan 15:00-dək şəhər ərazisində Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, ...