Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, bu informasiya sistemlərinin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə sistemlərin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sisteml...