Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

Hazırda oxunan: Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

641890

Azərbaycanda bəzi dövlət müəssisələrinin, ali təhsil müəssisələrinin və iri şirkətlərin regionlara köçürülməsi Bakıda nəqliyyat və infrastruktur yükünün azaldılmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, bu fikirləri “globalinfo.az”a müsahibəsində istiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda avtomobillərin sayı kəskin artıb.

Belə ki, 1993-cü ildə ölkədə təxminən 350 min avtomobil olduğu halda, hazırda bu rəqəm 2 milyonu ötüb. Avtomobillərin böyük hissəsi isə Bakı və Sumqayıtda cəmləşib.

V. Əhmədov hesab edir ki, problemin həlli üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. Onun fikrincə, Yaşma və Qaradağ kimi ərazilərdə yeni şəhərlərin salınması, bəzi nazirliklərin və ali təhsil müəssisələrinin regionlara köçürülməsi məqsədəuyğun ola bilər.

İqtisadçı bildirib ki, əhalinin paytaxta axınının əsas səbəblərindən biri regionlarda iş yerlərinin azlığıdır.

“İnsanlar iş tapa bilmədikləri üçün rayon mərkəzlərinə və Bakıya üz tuturlar. Halbuki bir çox ərazilərdə yol, su və qaz infrastrukturu mövcuddur. Əsas problem iş yerlərinin olmamasıdır”, – deyə V. Əhmədov vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin