Xəzərdəki faciəyə görə TDT Katibliyində dövlət bayraqları ENDİRİLDİ

Hazırda oxunan: Xəzərdəki faciəyə görə TDT Katibliyində dövlət bayraqları ENDİRİLDİ

638752

Qazaxıstanda 25 sentyabr Milli Matəm Günü elan olunması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyindəki bayraqlar həmrəylik əlaməti olaraq yarıya endirilib.

Bizim.Media xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

"Qardaş Qazaxıstan xalqı ilə həmrəylik nümayiş etdirmək, eləcə də dünən Xəzər dənizində Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı həlak olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə dövlət bayraqları yarıya endirilib.

Bu kədərli gündə qardaş Qazaxıstan xalqının, həlak olan hərbi qulluqçuların ailələrinin və yaxınlarının kədərini bölüşür, dərin hüznlə başsağlığı veririk", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 14 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin