İspaniya nümayəndəsi: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üzərində çalışırıq” – ÖZƏL

Hazırda oxunan: İspaniya nümayəndəsi: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üzərində çalışırıq” – ÖZƏL

638680

İspaniyanın Madrid şəhərində yerləşən investisiya şirkəti Azərbaycanda qida, yüngül sənaye və təbii ehtiyatlarla maraqlanır.

Bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində Bizim.Media-ya açıqlamasında İspaniyanın “MCH Private Equity” investisiya şirkətinin qurucusu və baş tərəfdaşı Jose Maria Munoz deyib. 
 

Onun sözlərinə görə, şirkət portfel şirkətlərinin Azərbaycanda imkanları araşdırması və yerli tərəfdaşlarla əməkdaşlıq edərək bizneslərini regionda genişləndirməsi üzərində çalışır.


“Biz maraqlı hesab etdiyimiz və burada potensialının olduğunu düşündüyümüz bir neçə istiqamətə investisiya yatırırıq. Əsas sahələrdən biri qida və qida texnologiyalarıdır. Düşünürəm ki, bu sahənin Azərbaycanda böyük potensialı var”, - deyə nümayəndə qeyd edib.

O bildirib ki, şirkət yüngül sənaye sahəsinə də maraq göstərir:

“Digər istiqamət müəyyən texnologiyalara malik və fəaliyyətini yerli bazarda həyata keçirə bilən yüngül sənaye sahələridir”.

Nümayəndə təbii ehtiyatların da maraq göstərdikləri istiqamətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, təbii ehtiyatların kəşfiyyatı ilə məşğul olan şirkətləri var və onların fəaliyyətinin Azərbaycan üçün maraqlı ola biləcəyini düşünürlər.

O qeyd edib ki, şirkətin marağı Azərbaycanın konkret bir bölgəsi ilə məhdudlaşmır:

“Ümumilikdə Azərbaycanın investisiya mühiti ilə maraqlanırıq. Daha geniş götürsək, Mərkəzi Asiyanın bütövlükdə maraqlı region olduğunu düşünürük”.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin