Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması ilk dəfə 2022-ci ildə tətbiq olunub.
Bəs sertifikatlaşdırmanın başladığı vaxtdan ölkə məktəblərində müəllimlərin sayı necə dəyişib?
Bizim.Media xəbər verir ki, 2022/2023-cü tədris ilinin əvvəlində ümumi təhsil müəssisələrində 151,6 min müəllim çalışıb (Dövlət Statistika Komitəsinin məlumatına görə).
Növbəti tədris ilində bu göstərici 150,9 minə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində isə ümumi təhsil müəssisələrində müəllimlərin sayı 146,4 min nəfər olub. Yəni, 2022/2023-cü ildən 2024/2025-ci ilə qədər məktəblərdə müəllimlərin sayı təxminən 5,2 min nəfər azalıb.
2025/2026-cı tədris ili üzrə Elm və Təhsil Nazirliyi ölkə üzrə müəllim heyətinin 130 mindən çox olduğunu açıqlayıb.
Beləliklə, sertifikatlaşdırmanın tətbiq olunduğu 2022-ci ildən sonrakı dövrdə məktəblərdə müəllimlərin sayı belə olub:
2022/2023 – 151,6 min
2023/2024 – 150,9 min
2024/2025 – 146,4 min
2025/2026 – 130 mindən çox.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:37 / 25.09.2026
Sertifikatlaşdırmadan sonra məktəblərdə müəllimlərin sayı necə dəyişib?
Hazırda oxunan: Sertifikatlaşdırmadan sonra məktəblərdə müəllimlərin sayı necə dəyişib?
Hazırda oxunan: Sertifikatlaşdırmadan sonra məktəblərdə müəllimlərin sayı necə dəyişib?
638740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































