“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “AzerGold” QSC məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və İndoneziya arasında dağ-mədən sahəsi üzrə əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi, investisiya tərəfdaşlığı və ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Zakir İbrahimov səfirə “AzerGold” QSC-nin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər və strateji inkişaf hədəfləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, dövlətin diqqət və qayğısı nəticəsində Cəmiyyət geoloji kəşfiyyat, yataqların işlənməsi, hasilat, emal, istehsal obyektlərinin tikintisi və istismarı da daxil olmaqla dağ-mədən sənayesinin bütün dəyər zənciri üzrə müasir təcrübə və institusional potensial formalaşdırıb.
Qeyd olunub ki, növbəti inkişaf mərhələsində “AzerGold”un əsas prioritetlərindən biri beynəlxalq fəaliyyət coğrafiyasının genişləndirilməsi, xarici tərəfdaşlarla həm Azərbaycanda, həm də ölkə xaricində birgə layihələrin həyata keçirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.
Zakir İbrahimov həmçinin Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün qəbul edilmiş Dövlət Proqramının bu sahənin inkişafı və xarici tərəfdaşlıq üçün yaratdığı imkanlar barədə danışıb.
Berlian Helmi strateji sənədə istinad edərək, müəyyən edilmiş prioritetlərin İndoneziyanın dağ-mədən sənayesində həyata keçirilən inkişaf siyasəti ilə üst-üstə düşdüyünü bildirib.
Səfir İndoneziyanın sürətlə inkişaf edən metallurgiya sənayesinin böyük həcmdə dəmir filizi idxal etdiyini və ölkəsinin xammal tədarük mənbələrinin şaxələndirilməsində maraqlı olduğunu vurğulayıb. O, gələcəkdə Azərbaycandan dəmir filizi və yüksək əlavə dəyərli metallurgiya məhsullarının tədarükü imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.
Tərəflər görüş çərçivəsində İndoneziyanın aparıcı dağ-mədən şirkətləri ilə mümkün tərəfdaşlıq modelləri istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə işgüzar əlaqələrin qurulması və əməkdaşlığın təşviqi barədə razılığa gəliblər.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:33 / 25.09.2026
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
638757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































