“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hərbi qulluqçular üçün rəngarəng musiqi nömrələri təqdim edilib.
Müxtəlif janrlarda səsləndirilən hərbi-vətənpərvərlik və musiqi nümunələri şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaradıb, təlim iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.









Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:31 / 25.09.2026
“Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert proqramı təşkil edildi – FOTO/VİDEO
Hazırda oxunan: “Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert proqramı təşkil edildi – FOTO/VİDEO
Hazırda oxunan: “Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert proqramı təşkil edildi – FOTO/VİDEO
638746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































