“Prezident, mənim əziz qardaşım İlham Əliyev çox gözəl insan və uzaqgörən liderdir”.
Bizim.Media xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının Yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif SPACE televiziyasının ABŞ-dəki xüsusi müxbiri Vüsalə Abbasovaya eksklüziv müsahibəsində deyib.
Azərbaycan-Pakistan münasibətlərindən danışan Şərif iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb:
“Pakistanın Azərbaycanla münasibətləri heç şübhəsiz möhtəşəmdir. Biz iki qardaş ölkəyik. Prezident, mənim əziz qardaşım İlham Əliyev çox gözəl insandır və biz ona böyük hörmət bəsləyirik. O, uzaqgörən liderdir və biz bir-birimizlə çox sıx əməkdaşlıq edirik. Mən onunla Bişkekdə də görüşdüm və onu yenidən Pakistana səfərə dəvət etdim” - Baş nazir qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
16:11 / 25.09.2026
Pakistanın Baş naziri: "İlham Əliyev uzaqgörən liderdir" – VİDEO
Hazırda oxunan: Pakistanın Baş naziri: "İlham Əliyev uzaqgörən liderdir" – VİDEO
Hazırda oxunan: Pakistanın Baş naziri: "İlham Əliyev uzaqgörən liderdir" – VİDEO
638717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































