Azərbaycandan Bolqarıstana uzanan yaşıl enerji dəhlizi ilə bağlı NAZİRDƏN AÇIQLAMA

Hazırda oxunan: Azərbaycandan Bolqarıstana uzanan yaşıl enerji dəhlizi ilə bağlı NAZİRDƏN AÇIQLAMA

638734

“Enerji sahəsində mühüm təşəbbüslərdən biri də Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən "Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi" adlı panel müzakirəsi zamanı deyib. 

O qeyd edib ki, bu layihə üzrə hökumətlərarası sazişin gələn ilin noyabrında COP31 çərçivəsində imzalanması planlaşdırılır.

"Naxçıvan vasitəsilə Azərbaycan–Türkiyə elektrik enerjisi interkonnektorunun inkişaf etdirilməsi də xüsusi strateji əhəmiyyət daşıyır. İlkin ötürmə gücü 1 QVt olacaq bu layihə ölkələrimizin elektrik enerjisi sistemləri arasında yeni bağlantı yaradacaq.

Gələcəkdə bu layihə Azərbaycanın digər ərazilərində və Mərkəzi Asiyada istehsal olunan yaşıl elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılması üçün əlavə imkanlar da yaradacaq”.

Nazir əlavə edib ki, bu layihələrin məcmu strateji əhəmiyyəti onların ayrı-ayrılıqda yaratdığı imkanlardan daha genişdir:

“Əsas məqsədimiz bu enerji dəhlizlərini bir-biri ilə əlaqələndirərək Mərkəzi Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş və şaxələndirilmiş elektrik enerjisi interkonnektorları şəbəkəsi yaratmaqdır.
 

Belə bir şəbəkə Azərbaycanı yalnız yaşıl enerjinin istehsalçısı və ixracatçısı deyil, həm də regionlar arasında enerji axınlarını birləşdirən əsas regional haba çevirəcək. Bu genişmiqyaslı transformasiya beynəlxalq maliyyə institutları və özəl sektor üçün yeni investisiya imkanları da yaradır.


Özəl sektoru, beynəlxalq maliyyə institutlarını və enerji şirkətlərini regional enerji interkonnektorlarının inkişafında fəal iştirak etməyə və formalaşmaqda olan yaşıl enerji bazarının yaratdığı imkanlardan birgə yararlanmağa dəvət edirik”.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin