Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.
DİN-nin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə saxlanılan əvvəllər məhkum olunmuş M.İsmayılovdan 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli həblər (20 ədəd) aşkarlanıb.
Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Bayramlı saxlanılıb.
Həmin şəxsdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim.Media



































































































