Mixalko: “İrəvanda Azərbaycan bayrağının yandırılması son dərəcə acınacaqlı hadisədir”

Hazırda oxunan: Mixalko: “İrəvanda Azərbaycan bayrağının yandırılması son dərəcə acınacaqlı hadisədir”

627326

“İrəvanda Azərbaycan bayrağının yandırılması son dərəcə acınacaqlı hadisədir”.

Bunu  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Onun sözlərinə görə, idman tədbirləri qarşılıqlı hörmət və anlaşma kimi ümumi dəyərlər ətrafında birləşmək, fərqliliklərə baxmayaraq, insanları bir araya gətirmək imkanıdır.

“Aİ Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”, - o bildirib.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin