Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə görə, MSK-nın üzvlüyünə Yeni Azərbaycan Partiyasından Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu, Böyük Quruluş Partiyasından (BQP) Əsgərov Bəxşeyiş Məmməd oğlu, Ana Vətən Partiyasından (AVP) Quliyev Etibar Cəfər oğlu, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Rəhimov Mikayıl Rəhman oğlu, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qəhramanlı Almas Əlisultan qızı, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) Həsənov Tofiq Eldar oğlu, Şahbazov İlkin Zaur oğlu, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) namizədlərindən isə Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Cavadov Fuad Musa oğlu, Məmmədov İlham Sabir oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Xələfov Elçin Abuzər oğlu təyin edilib.
Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva isə komissiyanın əvəzedici üzvləri kimi irəli sürülüb.
Qanuna görə, Mərkəzi seçki Komissiyası 18 üzvdən ibarətdir. MSk-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyası partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.
Xatırladaq ki, bu gün MSK-nın hazırkı tərkibinin səlahiyyət müddəti bitib. Hazırkı tərkib 2021-ci il aprelin 27-də Milli Məclisin iclasında formalaşdırılıb.
Günay Şahmar, Bizim.Media


































































































