“Qərbi Azərbaycanlılar Əli İnsanovun çağırışına qoşulmayacaq”

Hazırda oxunan: “Qərbi Azərbaycanlılar Əli İnsanovun çağırışına qoşulmayacaq”

29652

Hazırda həbsxana həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək verməsi cəmiyyətdə böyük rezonansa səbəb olub. Qeyd edək ki, həbsxanadan vəkili  vasitəsi ilə göndərdiyi müraciətində sabiq nazir Milli Şuraya dəstək verib: “Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram” .

Əli İnsanovun bu bəyanatından sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın qarşıdakı seçkilərdə Milli Şuraya dəstək verəcəyinə dair  fikirlər gündəmə gəlib. 

Moderator.az-a açıqlamasında isə əslən adıçəkilən bölgədən olan AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, soydaşlarının mütləq əksəriyyəti prezident İlham Əliyevi dəstəkləyəcək: “Qərbi Azərbaycanlılar ölkə siyasətində, ölkənin ictimai həyatında fəal olan bir kəsimdir. Onların dövlətçilik təcrübələri də var. Onlar hər zaman olduğu kimi bu seçkilərdə də prezident İlham Əliyevi dəstəkləyəcəklər. Mən güman etmirəm ki, bizim soydaşlarımız Əli İnsanovun çağırışına qoşulacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin