Gürcüstanın NATO-ya üzvlüyü regionda nələri dəyişə bilər?

Hazırda oxunan: Gürcüstanın NATO-ya üzvlüyü regionda nələri dəyişə bilər?

235179
“Gürcüstan başa düşür ki, yenidən Rusiya eşqinə düşmək onun gələcəyi üçün ciddi təhlükədir”

Gürcüstanın yaxın gələcəkdə NATO-ya üzvlüyünün mümkünlüyü son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır.xa0

Maraqlıdır, qonşu Gürcüstanın NATO-ya üzvlüyü Cənubi Qafqazda Rusiyaya, onun imperialist siyasətinə qarşı etibarlı bir səddin formalaşmasına səbəb ola bilərmi?


Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstann NATO-ya üzvlüyünün regiondakı siyasi palitranı əhmiyyətli dərəcədə dəyişəcəyini vurğuladı:

“Mütərəqqi hərbi-siyasi bloklardan biri NATO-dur. Gürcü xalqı isə ağıllı xalqdır. Sayı azdır və mühafizəkardır. Tərəqqini istəyir. Öz varlığını, təhlükəsizliyini təmin etmək üçün müxtəlif varantlar axtarır. Bu gün Gürcüstan doğru olaraq Avropaya gedir.xa0 Bu prosesin əsasını isə Saakaşvili qoyub.xa0
Gürcüstanın NATO-ya üzvlüyün hər zaman aktual olub. Gürcüstan NATO-ya, Avropa ailəsinə inteqrasiya üçün şərt olan siyasi-hüquqi və hərbi islahatları illər uzunudur ki, yerinə yetirə-yetirə gedir. Gürcüstan başa düşür ki, yenidən Rusiya eşqinə düşmək onun gələcəyi üçün ciddi təhlükədir.xa0
NATO-nun Cənubi Qafqaza gəlişi ilk növbədə Gürcüstanın təhlükəsizliyini təmin edən mexanizmə çevriləcək. Dünyanın güclü tərəfi Gürcüstanın yanında olacaq və bu ona Abxaziya və Osetiya probemlərinin həllində də yardımçı olacaq”.

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin