Paşinyanı görəndə nədənsə Nemət Pənahlı və 1988-ci ilin Meydan hərəkatı yadıma düşür...
Apreldə Nikol Paşinyan Sərkisyan rejminə qarşı hərəkata başlayanda Qərbdə də, Azərbaycanda da artıq belə inam yaranmışdı ki, Ermənistan Rusiyanın əlindən çıxır, bu gün –sabah rus qoşunları bu ölkəni tərk edəcək, Qarabağ Azərbaycana qaytarılacaq və s. Hadisələrin gedişi göstərdi ki, belə düşünənlər yanılıblar. Paşinyanın Qarabağla bağlı sərt gedişləri, Azərbaycanın işğal altındakı torpaqlarına məhz Şuşanın işğalı və Faşizm üzərində qələbə günlərində səfər etməsi, ilk xarici səfərini Rusiyaya etməsixa0 göstərir ki, qəfildən saqqal saxlamağa başlayan bu oyuncaq lider Kremlin qısa müddətdə hazırlayıb ortaya çıxardığı bir fiqurdur. Onun “Ermənistanın qəhrəmanı” olan terrorçu Monte Melkonyana bənzədilməsi də təsadüfi deyil: saqqallı, əli sarıqlı... Bu o deməkdir ki, Rusiya Qarabağla bağlı daha sərt mövqe tutacaqxa0 vəonun heç də bu torpaqları Azərbaycana qaytarmaq fikri yoxdur...xa0

Artıq Qərb mətbuatı da təəccüblənməyə başlayıb ki, Putin nəyə görə Ermənistandakı “xalq hərəkatı”na loyal yanaşdı. Məsələn, belə bir sualı Avstriyanın liberal yönümlüxa0 “Die Presse” nəşri də verir. Nəşr qeyd edir ki, Kreml Ukraynadakı hərəkatdan dərs götürüb və xalq hərəkatlarına sərt müdaxilə etməkdən ehtiyatlanır... Bəli Moskva Ukraynadan dərs götürüb. Amma əslində Putin öz qurduğu hərəkata belə də yanaşmalıydı. O, Qərbi qabaqlayaraq İrəvandakı bütün kəşfiyyat və maliyyə rıçaqlarını işə saldı və ermənilərin, xüsusən İrəvan klanının bezdiyixa0 Qarabağ klanının başçısı Sərkisyan rejiminixa0 devirdi...Əvvəlki mitinqlərdə olduğu kimi, etirazçılara o qədər sərt təpki göstərilmədi... Və nəticə guya Rusiya üçün gözlənilməz oldu... Bununla da Putin Qərbi də, Türkiyəni də, Azərbaycanı da Ermənistanda guya Qərbyönümlü hakimiyyətin qurulmasına inandırmağa çalışır, yəni manipulyasiya edir... Odur ki, Paşinyan Türkiyə və Azərbaycan üçün əslində Serjik Sərkisyandan, Köçəryandan da da təhlükəli fiqurdur...
P.S. Nədənsə Paşinyanı görəndə 1988-ci ilin Meydan hərəkatı və biz tələbələrin polis maşınlarının müşayiəti ilə ali məktəb binalarından Azadlıq meydanına axışması yadıma düşür... Buralarda saqqal insanı kütlədən seçdirir... Niyə belə maneəsiz, Mərkəzi Komitənin təpkisi olmadan gedirdik meydana? Hələ Azərbaycan Respublikasının bir qarış torpağının işğal olunmadığı bir vaxtda? Çünki Qorbaçovun əmri ilə Kommunist Partiyasının və DTK-nınxa0 ABŞ-a işləyən əsas qurumları respublikalarda “imperiyaya qarşı” hərəkatlara şərait yaradılması üçün təlimatlandırılmışdı... Putin də həmin DTK-nın yetirməsidir...
P.P.S. Bəs bu gün – torpaqlarımızın 25 faizininxa0 26-27 ildir işğal alıtnda qaldığı bir vaxtda bir Nemət Pənahlı, bir İsa Qəmbər, bir Etibar Məmmədov və s. yetişib meydana çıxıb demir ki, ay xalq, qalx ayağa, dünyadan torpaqlarının azadlığını tələb et?..
Sultan Laçın































































































