26 ildir Azərbaycanın işğal edilmiş torpaqları tərk etmələri tələbinə rəğmən Ermənistan və xa0Xankəndində qondarılmış terrorçu-separatçı rejimlər xaricdəki erməni milyarder və diasporlarının dəstəyi ilə bacardıqları qədər şəhər və bölgələrimizdə xa0quruculuq işləri aparırlar.xa0
Moderator.az - ın Rusiya mediasına istinadla təqdim etdiyi fotolarda gördüyünüz bina Şuşada 2013-cü ildən tikilməyə başlanmış və hazırda fəaliyyət göstərən texniki-peşə məktəbinin binasıdır. xa0Müasir standartlara uyğun bu məktəb Eznik Mozyanın adını daşıyır. Məlum olur ki, Eznik Mozyan Fransada yaşamış və hazırda ölmüş olan erməni bir dərzi imiş. Şuşada belə bir peşə məktəbinin tikilməsi ideyasını məhz xa0həmin dərzi verib. O, ölümündən öncə öz ayırdığı pullar hesabına bu məktəbin binasının tikilməsini vəsiyyət edib. xa02009-cu ildə Fransa Erməni fondu öz komissiyası vasitəsi ilə tikinti layihəsini öyrənib və 2013-cü ildə peşə məktəbinin tikilməsinə qərar verib. Şuşa Peşə məktəbinin təsisçiləri Fransanın Erməni Fondu, xa0“DQR”x9d “hökuməti”x9d və Mozyan nəslinin nümayəndələridir. Adları çəkilən qurum və şəxslərdən başqa, Fransadakı ayrı-ayrı erməni milyarderlər və digər xarici şirkətlər də məktəbə sponsorluq edir. Məktəb istifadəyə verilməmişdən öncə gələcək administrasiya və müəllim-ustalar Fransanın Sent-Etyen şəhərindəki anoloji peşə məktəbində lazımı hazırlıq kursu keşiblər.


Şuşa texniki -peşə məktəbinə 14-15 yaşlı oğlanlar daxil olur və burada çilingər, qaynaqçı, dəmirçi, bənna, kafelçi, istilik texniki, santexnik elektrik və s. peşələrə yiyələnmək üçün təhsil alırlar. Rəhbərliyin sözlərinə görə, tədris rejimi çox ciddidir və məktəbə hər kəs qəbul ola bilmir. xa0Şagirdlər müəyyən imtahan xa0və müsabiqələrdən keçməlidir.

Şuşa peşə məktəbində təhsil 3 illikdir. Şagirdlər ixtisaslarından əlavə, orta məktəblərdə tədris edilən bütün fənləri də keçirlər.Yüksək nəticə göstərən tələbələr imtahansız Şuşa Texnoloji Universitetinə daxil edilirlər. Məktəbdə şagirdər üçün trenajor zalı, stolüstü tennis, stolüstü futbol və s. əyləncələr də təşkil edilir. Müasir xa0tələbatlara uyğun yataqxana da tikilib. Şagirdlər xa0gündə 3 dəfə yeməkxanada pulsuz yeməklə təmin olunurlar. Tibb məntəqəsi fəaliyyət göstərir. Xüsusi avtobus pulsuz olaraq Xankəndindən gələn şagirdləri evlərinə aparır. Və hər bir şagird xa04600 dram təqaüd alır.xa0

P.S. Göründüyü kimi, bizlər müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə, mətbuat, televiziya və sosial şəbəkələrdə pafoslu, populist çıxışlar etdiyimiz, İrəvanı, Zəngəzuru alacağımızı hayqırdığımız bir vaxtda ermənilər faktiki olaraq idarəçilikləri altında olan şəhər və bölgələrimizdə bacardıqları qədər iş(!) görürlər. Doğrudur, bizim də ordumuz ildən-ilə güclənir, döyüşür, əlimizdə olan torpaqlarımızı müdafiə edir. Ötən ilki aprel döyüşlərində, nəhayət, bir neçə yüksəkliyi nəzarətə götürdük. Demək olar ki, hər həftə şəhid veririk. Ancaq xa023 il ərzində yalnız 20 faizlik ərazimizdən, 13 rayonumuzdan yalnız neytral zonada olan bircə kəndi tam nəzarətə almaqla arxayınlaşmaq olmaz. Vətənpərvər insanların ürəyindən keçən odur ki, birdəfəlik səfərbər olub bütöv torpaqlarımızı azad etmək gərəkdir...xa0





Və ermənilərin uğurlu işlərini əks etdirən belə yazıları dərc etməkdə məqsədimiz heç də Azərbaycan vətəndaşını, gəncini ruhdan salmaq yox, ona işğal altındakı torpaqlarımızda ermənilərin varlığını bir daha xatırlatmaqla onu Vətən savaşına qalxmağa körükləməkdir...
Sultan Laçın
































































































