Yanvarın 31-də - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və lideri Məhəmməd Əmin Rəsulzadənin doğum günündə - Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin 3-cü sesiyası keçiriləcək.
Ali Məclisdə ADR Hərəkatının 2016-ci il üçün Fəaliyyət proqramı, İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi müzakirə olunaraq qəbul ediləcək. Ali Məclisdə həmçinnin təşkilatı məsələlərə də baxılacaq. Ali Məclis öz işinə saat 12-də Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında başlayacaq.
Jurnalistlər toplantıya dəvətlidirlər.
































































































