Aqil Camal Şimali Kiprdə dövlət bayramı tədbirlərinə qatılacaq

Hazırda oxunan: Aqil Camal Şimali Kiprdə dövlət bayramı tədbirlərinə qatılacaq

105310
“Türküstan”x9d qəzetinin baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal Şimali Kipr Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkənin quruluşunun 32-ci ildönümü tədbirlərində iştirak edəcək.

12-16 noyabr tarixlərində gerçəkləşəcək səfər çərçivəsində müxtəlif ölkələrdən gəlmiş qonaqların Şimali Kiprin xarici işlər naziri, parlamentin sədri və prezident Mustafa Akıncı ilə görüşləri nəzərdə tutulur.

Bundan başqa, qonaqlar Doğu Akdeniz Üniversitetidə olacaq, dövlət müstəqilliyi ilə bağlı hərbi parada, həmçinin, prezident tərəfindən veriləcək bayram ziyafətinə qatılacaqlar. 

Aqil Camal Moderator.az - ın əməkdaşına onu da bildirib ki, səfər zamanı bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə ayrıca görüş keçirəcək. Həmçinin, Azərbaycan, Qarabağ, Xocalı soyqırımına aid tanıtma materialları müxtəlif ölkələrdən gəlmiş  KİV təmsilçilərinə paylanacaq.     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin