İran yalnız bu halda nüvə obyektlərinin yoxlanılmasına icazə verəcək

Hazırda oxunan: İran yalnız bu halda nüvə obyektlərinin yoxlanılmasına icazə verəcək

647688

İranın Vyanadakı (Avstriya) daimi nümayəndəliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin Tehrana qarşı "texniki və hüquqi cəhətdən əsassız" qətnamələrə istinad etdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı nümayəndəliyin açıqlamasına istinadla məlumat yayıb.
 
İran tərəfi iddia edir ki, ABŞ və İsrailin nüvə obyektlərinə endirdiyi zərbələr əsas təhlükəsizlik şərtlərini pozub və bu səbəbdən AEBA-nın müntəzəm yoxlamalarının aparılması qeyri-mümkün hala gəlib.

Nümayəndəlik yoxlamaların bərpası zamanı Tehranın təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.

İran tərəfi AEBA-nın Rəhbərlər Şurasını böhranın kökündə duran səbəblərin aradan qaldırılmasına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, bu bəyanat AEBA-nın İranın nüvə proqramına nəzarət etmək üçün müfəttişlərin obyektlərə girişinin bərpasına çağıran hesabatının yayılmasından sonra verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin