Putinin nəvəsinə atasının deyil, anasının soyadı verildi – Səbəb “Zelenski”dir

Hazırda oxunan: Putinin nəvəsinə atasının deyil, anasının soyadı verildi – Səbəb “Zelenski”dir

647752

Rusiya Prezidenti Vladimir Putinin nəvəsinə atasının soyadı əvəzinə anası Yekaterina Tixonovanın soyadı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Putinin kiçik qızı Yekaterina Tixonova 2025-ci ilin avqustunda oğlan uşağı dünyaya gətirib. Uşağın ehtimal olunan atası baletmeyster İqor Zelenskidir. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə eyni soyadı daşıyır.

Bildirilir ki, mümkün assosiasiyaların qarşısını almaq məqsədilə uşağa anasının soyadı verilib.

Cütlüyün 2017-ci ildə dünyaya gələn böyük qızına isə əvvəlcə atasının soyadı verilsə də, sonradan o, anasının soyadı ilə pasportdan istifadə etməyə başlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin