“Xüsusi ruha malik, çox gözəl insandır” – Fulya Öztürk Leyla Əliyeva ilə görüşündən yazdı - Video

Hazırda oxunan: “Xüsusi ruha malik, çox gözəl insandır” – Fulya Öztürk Leyla Əliyeva ilə görüşündən yazdı - Video

647770

Türkiyəli jurnalist Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində görüşüb.

Bizim.Media xəbər verir ki, Fulya Öztürk görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, Leyla Əliyeva ilə görüşməkdən böyük məmnunluq duyduğunu bildirib. Jurnalist videoda səslənən mahnının sözlərinin də Leyla Əliyevaya məxsus olduğunu qeyd edib.

Fulya Öztürk mahnının sözlərini ilk dəfə eşidəndə çox təsirləndiyini, hətta ağladığını vurğulayıb.

“İlahi təslimiyyəti ifadə edən bu mahnını yalnız dərin qəlbə sahib insan yaza bilər. Leyla Əliyeva çox xüsusi ruha malik, çox gözəl insandır. Daha çox yazın, Leyla xanım. Sizi sevirik”, – deyə o, paylaşımında yazıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin