Almaniyada təbii qaz böhranı – Yenidən kömürə qayıdırlar

Hazırda oxunan: Almaniyada təbii qaz böhranı – Yenidən kömürə qayıdırlar

647690

Almaniya hökuməti ehtimal olunan qaz qıtlığı səbəbindən köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır.

Bizim.Media "Tagesspiegel" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Almaniyanın İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb.

Məlumata görə, rəsmi Berlin qarşıdakı dövrdə enerji çatışmazlığı ilə üzləşməkdən ehtiyat edir.

Yeraltı Qaz Anbarları Operatorları assosiasiyasının qiymətləndirməsinə əsasən, qış sərt keçəcəyi təqdirdə ölkədəki qaz ehtiyatları artıq yanvar ayında tükənə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin