Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Bizim.Media xəbər verir ki, Əliyar Ağayev noyabrın 16-da Qazaxıstan və Slovakiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Zeynal Zeynalov və Akif Əmirəli baş hakimin köməkçiləri, İnqilab Məmmədov isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər. Nicat İsmayıllı VAR hakiminin köməkçisi, avstriyalı Alan Kiyas isə VAR hakimi olacaq.
Qeyd edək ki, Qazaxıstan - Slovakiya görüşü Astana şəhərində yerləşən "Astana Arena"da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:00 / 14.11.2026
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Hazırda oxunan: Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Hazırda oxunan: Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
647745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































