Şəhid atası vəfat etdi - Foto

Hazırda oxunan: Şəhid atası vəfat etdi - Foto

647741

Zaqatala rayonu Birinci Tala kəndindən olan şəhid Telman Yunusovun atası Cuma Yunusov bu gün vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cuma və Nazlı Yunusovlar 4 övlad böyüdüb, tərbiyə verib. 

Onların 7 nəvə və 2 nəticəsi var. Ailənin övladı Telman Yunusov Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. Ailə başçısı, Cuma Yunusov uzun illər dövlət və ictimai işlərdə çalışıb, nüfuzlu ağsaqqal kimi el-obada xüsusi hörməti olub.

Qeyd edək ki, Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbi də Cuma Yunusovun şəhid oğlu Telman Yunusovun adını daşıyır.

Şəhid atası vəfat etdi - Foto - foto 1
Şəhid atası vəfat etdi - Foto - foto 2

Tural Rasimoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin