Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb.
Bizim.Media xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda səfərdə Lixtenşteyn yığması ilə qarşılaşıb.
Görüş Azərbaycan seçməsinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Azərbaycan millisi qrupu 8 xalla birinci pillədə başa vurub.
Qeyd edək ki, 2-ci qrupda sonuncu oyun noyabrın 16-da baş tutacaq. Litva həmin görüşdə öz meydanında Lixtenşteynlə qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
08:24 / 14.11.2026
Millimiz Lixtenşteyni məğlub etdi - Video
Hazırda oxunan: Millimiz Lixtenşteyni məğlub etdi - Video
Hazırda oxunan: Millimiz Lixtenşteyni məğlub etdi - Video
647636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































