Hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi

Hazırda oxunan: Hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi

647727

Küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi xəbərdarlıq edib. 

Belə ki, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 16-sı gündüzədək davam edəcək.

Bu günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 3-4 metrə, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin