Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular - Təfərrüat - Foto

Hazırda oxunan: Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular - Təfərrüat - Foto

647680

Ötən gün axşam saatlarında Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, qəzada ölən, "Opel" markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov, 2009-cü il təvəllüdlü Turan Əsgərov və 2009-cu il təvəllüdlü Əhəd Heydərzadədir.
 

S.İsmayılov riyaziyyat müəllimi olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi çalışırdı. Həmçinin T.Əsgərov və Ə.Heydərzadədə sözügedən məktəbin 11-ci sinif şagirdləri olublar.


Məktəbin digər iki şagirdi isə xəsarət alıb. Onların hamısı Füzuli rayon sakinləridir və toy mərasimindən qayıtdıqları bildirilir.

Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular - Təfərrüat - Foto - foto 1


Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular - Təfərrüat - Foto - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin