İtaliyada “Meta” şirkəti “Android” istifadəçilərinin razılığı olmadan onların foto və videolarına daxil olduğuna görə 805 milyon avro cərimələnib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi İtaliyanın Şəxsi Məlumatların Mühafizəsi İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, araşdırma zamanı şirkətin istifadəçilərə məlumat vermədən və onların razılığını almadan şəxsi foto və videolarına giriş əldə etdiyi müəyyənləşdirilib.
Qeyd edək ki, bundan əvvəl “Meta”nın qurucusu Mark Zukerberq süni intellekt üzərində monopoliyanın cəmiyyət üçün əsas təhlükələrdən biri olduğunu bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:56 / 14.11.2026
“Meta” 805 milyon avro cərimələndi – Səbəb
Hazırda oxunan: “Meta” 805 milyon avro cərimələndi – Səbəb
Hazırda oxunan: “Meta” 805 milyon avro cərimələndi – Səbəb
647751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































