Ronaldodan sonra formanın dizaynı dəyişdi - Foto

Hazırda oxunan: Ronaldodan sonra formanın dizaynı dəyişdi - Foto

647749

Portuqaliya millisi Kriştiano Ronaldonun gedişindən sonra 7 nömrəli formanın dizaynını yeniləyib. 

Bizim.Media xəbər verir ki, komanda bununla bağlı sosial şəbəkədə paylaşım edib. Yığmanın rəsmi “X” hesabında yeni forma təqdim olunaraq bu sözlər yazılıb:

“Yeni 7 nömrəni təqdim etməyin vaxtıdır. Çünki əbədi qalacaq bir 7 nömrə var”.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisində debütünü 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq görüşündə edib.

O, yığmanın heyətində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib. Hücumçu 2016-cı ildə Avropa çempionu, 2018/2019 və 2024/2025 mövsümlərində isə Millətlər Liqasının qalibi olub.

Ronaldodan sonra formanın dizaynı dəyişdi - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin