Abşeronda dostunu öldürmüşdü, 16 il yarım həbs cəzası verildi

Hazırda oxunan: Abşeronda dostunu öldürmüşdü, 16 il yarım həbs cəzası verildi

647720

Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Eldar Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər Şəhərciyi”ndə baş verib. Eldar Məmmədovla Maşallah Cəfərov arasında mübahisə yaranıb.

Mübahisə zamanı Eldar Məmmədov Maşallah Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Eldar Məmmədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin