“Qarabağ”la oyun suyumuzu çıxardı...

Hazırda oxunan: “Qarabağ”la oyun suyumuzu çıxardı...

610465

“Xahiş edirəm ki, bu gün suallar verməyəsiniz. Bu oyun məni emosional cəhətdən çox yordu. Necə deyərlər, suyumuzu çıxardı”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Neftçi” azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda, 1:5 hesabı ilə uduzduğumuz oyuna görə onlardan üzr istəyirəm. Bu oyundan nəticə çıxardıq və bu gün belə oyun alındı. Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Bu gün suallara cavab vermək istəmirəm, çünki oyunla bağlı fərqli hisslər keçirirəm. Oyundan bir qədər uzaqlaşmaq istəyirəm. Bu qarşılaşma məni emosional olaraq çox yordu. Qalan 4 oyunda hər bir sualı cavablandıracağam. Bunu hörmətsizlik kimi qəbul etməyin” - baş məşqçi qeyd edib. (teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin