Lyublyanada Nizami Gəncəvinin abidəsinin açılışı olub -Foto

Hazırda oxunan: Lyublyanada Nizami GÉ™ncÉ™vinin abidÉ™sinin açılışı olub -Foto

138034
Sloveniyanın paytaxtı Lyublyana şəhərinin Şimali Şəhər Parkında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib.

Moderator.az xəbər verir ki, mərasimdə Sloveniyada səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri, Gəncənin icra hakimi Elmar Vəliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov və səfirliyin əməkdaşları, Sloveniya parlamentinin yuxarı palatasının sədri Mitya Bervar, Lyublyana şəhərinin merinin birinci müavini Aleş Çerin, yerli ictimaiyyətin nümayəndələri və şəhərin sakinləri iştirak ediblər.

Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervar və Lyublyana şəhərinin merinin birinci müavini Aleş Çerin tədbirin açılışında çıxış ediblər.

AleÅŸ Çerin bildirib ki, 2010-cu ildÉ™ UNESCO tÉ™rÉ™findÉ™n “Dünya kitab paytaxtıâ€x9d elan edilmiÅŸ Lyublyana ÅŸÉ™hÉ™rindÉ™ dünya É™dÉ™biyyatına ölmÉ™z É™sÉ™rlÉ™r bÉ™xÅŸ etmiÅŸ dahi AzÉ™rbaycan ÅŸairi Nizami GÉ™ncÉ™vinin abidÉ™sinin açılışı qürurverici hadisÉ™dir. O, ÅŸÉ™hÉ™r meriyası adından AzÉ™rbaycan tÉ™rÉ™finÉ™ abidÉ™nin açılışı üçün göstÉ™rilÉ™n dÉ™stÉ™yÉ™ görÉ™ minnÉ™tdarlıq edib.

Elmar Vəliyev çıxış edərək bildirib ki, Nizami Gəncəvinin əsərlərinin əlyazmaları bu gün dünyanın 20-dən artıq şəhərində nadir kolleksiyalar bölümündə qorunub saxlanılır və bir çox şəhərlərdə (Roma, Sankt-Peterburq, Təbriz, Pekin və s.) Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bu gün həmin şəhərlərin sırasına Lyublyana şəhərinin də qoşulması müsbət hadisə kimi dəyərləndirilməlidir və bu, iki xalq arasındakı dostluq əlaqələrini bundan sonra daha da dərinləşdirəcək.

Lyublyana şəhərinin meriyasına üzərində Nizami Gəncəvinin və onun əsərlərindən motivlərin əks olunduğu Azərbaycan xalçası hədiyyə edilib. Tədbir musiqili proqramla yekunlaşıb.

Abidənin müəllifi Ukraynanın Xalq Rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.

Lyublyanada Nizami Gəncəvinin abidəsinin açılışı olub
Lyublyanada Nizami Gəncəvinin abidəsinin açılışı olub
Lyublyanada Nizami Gəncəvinin abidəsinin açılışı olub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin