Himnimizin sözlərini bilməyən deputatlar var - Tural Abbaslı

Hazırda oxunan: Himnimizin sözlərini bilməyən deputatlar var - Tural Abbaslı

90184
"Ağ blok" Hərəkatının rəhbəri Tural Abbaslı qarşıdan gələn parlament seçkiləriylə bağlı fikirlərini Moderator.az - ın əməkdaşıya bölüşüb:

- Tural bəy, bundan qabaqkı seçkilərdə millət vəkilliyinə namizədliyinizi vermişdiniz?

- Bəli, 2010-cu ildə eynilə indi kimi namizədliyimi 21 saylı Nəsimi dairəsindən vermişdim. O vaxt Musavat blokunda olduğum üçün imzalar çatışmır deyə məni qeydiyyata almadılar. Məhkəməyə müraciət etdim. Şikayətim hazırda Avropa Məhkəmsindədir, artıq qərara alınmaq üzrədir. Qərar veriləcək və əminəm ki, qərar mənim xeyrimə veriləcək.Çünki biz o vaxt imzaları dəqiq yığmışdıq. Bu siyasi sifariş idi.

- Tural bəy, deputat olmaqda məqsədiniz nədir?

-Mən artıq bu sentyabrda 15 il tamam olacaq ki,siyasətlə məşğulam.18 yaşım tamam olandan bu günə qədər Müsavt partiyasının üzvüyəm. Siyasətin tərkib hissəsi kimi parlamentdə təmsil olunmaq da var. Vəzifələr vasitədir, sənin müsbət dərəcəli planların üçün - o planlar ki, cəmiyyətə xeyir verəcək.Yəni deputat olmaq mənim həyatımın mənasıdır, ilk hədəfimdir kimi düşüncədə deyiləm. Parlament Azərbaycanda təəssüf ki, əhəmiyyətsiz bir quruma çevrilib. Prezident Administrasiyasından gələn qərarları təhlil etmədən təsdiq edir. Siyasi arenada söz sahibi olmayan, cəmiyyətdə inamını itirmiş siyasi bir institutdur. Amma bizim niyyətimiz budur ki, bu siyasi institutu bir az canlandıraq. Muxalif fikirləri səsləndirək bir muxalif fikir olsun, rəqabət olsun və millətimizin xeyrinə nəsə addımlar ataq. Təbii ki, bu da bir sualdır ki, 125 nəfərlik parlamentdə bir dənə də olsun muxalifət numayəndəsi yoxdur. Bundan öncəki 2005-2010-da cəmi 5 deputat var idi. Yəni 125-dən 5-6 nəfər neynəyə bilər? Düzdür, səsverməyə təsir edə bilmir, amma sözünü deyir, rəqabət yaradır. Artıq hökumət də anlamalıdır ki, parlament eyni fikirli adamların yox, fikir mübarizəsi aparan adamların toplusudur. Çalışaq ki, parlamenti bugünkü kimi fikir söyləməyən vəziyyətdən fikrini açıq deyən vəziyyətə gətirək və bunun üçün muxalif fikirli deputatların olması lazımdır.Yəni buna görə inşAllah namizədlik vermək niyyətimiz var. Düzdür, 1993-cü ildən Azərbaycanda seçkilər demokratik keçirilmir.Ancaq bu o demək deyil ki,namizədlikdən kənar qalasan.Bu prosesin içində mübarizə aparmaq daha yaxşıdır, nəinki kənardan seyr etmək. Görək də, mübarizəni aparacağıq, nəticənin olub-olmayacağın zaman göstərəcək.

- Bir çox deputatlar var ki, qabaqcadan vədlər verirlər, həqiqi mənada "millət vəkili" olmaq istəyirlər...

- Dövlət, millət anlayışı o qədər yanaşı işlədilib ki, artıq bir-birindən ayrılmaz anlama gəlib. Bütün dövlətlər də millətə xidmət edir. Bütün dövlət orqanları xalqa xidmət üçün yaradılıb. Yəni burda məqsəd dövlətə deyil də millətə xidmət olmalıdır. Fərqi yoxdur hansısa postda olmağımızdan, millət vəkili seçilib - seçilməməyimizdən, əsas odur ki, millətə xidmət edirəm və seçilsəm yenə millətə xidmət göstərəcəyəm.

- Bugünkü deputatlardan hansıların işi sizin üçün nümunədir?

- Düzün deyim, bugünkü millət vəkilləri içərisində heç birini nə bəyənmirəm, nə dəstəkləmirəm. Bəziləri pensiya üçün orda oturublar, bəziləri oliqarxlardır, bəziləri də gələn qərarlara "ləbbeyk" demək üçün orda oturdulmuş kuklalardır. Ona görə də son illər ərzində parlamentdə nümunə götürdüyüm kimsə yoxdur. Nümunəlik adam olsaydı dövlətimiz, cəmiyyətimiz bu halda olmazdı. Odur ki, nümunə özüməm, kimsə istəsə məndən nümunə götürə bilər. Bu, qətiyyən pafosdan, özündən razılıqdan irəli gəlmir. Yəni kimi nümunə götürək? Paytaxtın adını dəyişib "Heydərabad"adlı şəhər salmaq istəyən deputatdanmı? Yoxsa mən 20 dəfə Həccdə olmuşam deyən deputatdanmı? Ya konstitusiyada kimlərinsə haqqında tənqidi fikir söyləyən, qanuna qadaga qoyan deputatdanmı?Yoxsa ki, mitinqə çıxanları güllələmək lazımdır deyən deputatdanmı? Yəni nümunə kimdən götürək? Ya da ki, parlament iclaslarında mürgüləyən deputatlardanmı? Himnimizin sözlərini bilməyən deputatlar var. Onlardan necə nümunə götürək? Güman edirəm ki, növbəti parlamentdə bu biabırçı səhnə dəyişər. Azərbaycan tarixinə yazılacaq ki, bu insanlar nə vaxtsa parlament üzvləri olmuşdur. Yəni ki, zamanında bu adı Nəsib bəy Yusifbəyli daşıyıb, Əli bəy Hüseynzadə daşıyıb, Rəsulzadə daşıyıb. Bugün daşıyanların adların bu simalarla yanaşı çəkmək düzgün deyil. Yəni müqayisə etsinlər, nə qədər acınacaqlı vəziyyətdə olmalarını başa düşəcəklər.

- Millət vəkili seçilsəniz prioritet istiqamətiniz nə olacaq?

- Bugün Azərbaycanda hər sahə demək olar ki, prioritet mövzudadır. Dağlıq Qarabağ məsələsindən tutmuş, səhiyyəyə, siyasətə, təhsilə, ailə-məişətə qədər hər bir sahəyə güclü xidmət lazımdır. Hansı sahədə problem yoxdur ki? Yəni bir sahə var poblemsiz - Şou - biznes sahəsidir. Hansı ki, sağolsun. bu hökumət gələndən şou-biznes inkişaf edir. Bu zaman cəmiyyətimizin ən varlı təbəqəsi şou-biznes nümayəndələridir. Prioritet hər sahədədir. Amma mənim üçün birinci demokratik prinsiplərin qurulmasıdır. Dövlətdə siyasi münasibətlərin sivil formaya keçməsi olacaq. Hakimiyyətdə olan kimsə prezidentindən tutmuş nazirinə, jek müdirinə qədər heç kim muxalifətə düşmən kimi baxmamalıdır. Artıq başa düşülməlidir ki, demokratiya sözü varsa, orda muxalifət və iqtidar var, azad fikir var, sərbəst toplaşmaq var, azad jurnalistika var, özbaşınalıq yoxdur. Əsas prioritet bu olmalıdır. Hakimiyyətlə xalq arasındakı uçurum qalxmalıdır. 21-ci əsrin çağırışlarına cavab vermək zamanıdır. 21-ci əsrdə hansısa parlament üzvünün sən get yaşam tərzini düzəlt, sən get geyiminiz düzəlt demək zamanı deyil. Və yaxud da ki, eyni sözləri muxalifətdən hökumətə qarşı demək olmaz. Ən əsas prioritet məsələlərdən biri məim üçün siyasi elitanın dəyişilməsidir. Bugün biz hakimiyyətimizi analiz etsək görərik ki, dünyanın ən qoca hökuməti Azərbaycandadır. Spikerin, prezidentin və baş nazirin yaşlarını toplayanda 200 olur. Muxalif arenaya baxsaq da görərik ki, 1989-cu ildən meydan hərəkatlarında çıxış etmiş adlardan başqa yeni simalar yoxur. Son 20 ildə yeni simalar ortaya çıxmayıb. Bu o deməkdir ki, Azərbayan xalqı yəni o qədər qısır xalqdır ki,yeni siyasətçilər yetişdirə bilmir? Xeyr, siyasətə marağı olan yeni kadrlar var. Ancaq onlara imkan verilmir. Onların qarşısın almaq lazım deyil. Sağlam rəqabət aparmaq lazımdır. Yəni bizim də istəyimiz odur ki, sağlam cəmiyyət quraq, xoşbəxt yaşayaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin