ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində neft məhsulları daşıyan tanker sərnişin gəmisinə çırpılıb.
Bizim.Media xəbər verir ki, toqquşma nəticəsində gəmi yan üstə aşıb və qismən suya batıb.
Gəmidəki 180 sərnişin və ekipaj üzvünün hamısı xilas edilib. Müxtəlif dərəcəli xəsarətlər alan 32 nəfər xəstəxanaya yerləşdirilib, ölən olmayıb.
Bizim.Media





































































































