Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

632159

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarındakı tikinti materiallarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yanğın hadisəsi baş verib.

Şahidlərin Bizim.Media-ya verdiyi məlumata görə, hadisə Pirşağı körpüsünün yaxınlığında, plastik çənlər yığılan ərazidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin