Müasir dövrdə "əhalinin keyfiyyəti" amilinə diqqətin artırılması zərurəti...

Hazırda oxunan: Müasir dövrdə "əhalinin keyfiyyəti" amilinə diqqətin artırılması zərurəti...

616298

 

 

 Əvvəlki iki məqalədə (//moderator.az/az/cemiyyet/554339/en-byuk-muqeddes-servetimiz-medeniyyetimizin-inkisafina-mesul-olanlarin-hamisinin-nezerine/, //moderator.az/az/ekskluziv/556518/medeniyyetin-mahiyyeti-hansi-sexs-hansi-xalq-daha-cox-medenidir/) mən mədəniyyətin mahiyyəti, ölkəmizin tərəqqisində mədəniyyətin hansı rol oynadığı, mədəniyyətimizin inkişaf konsepsiyasının hazırlanması zərurəti barədə yazmışdım. Bu məqalədə isə mən mədəniyyətin, ümumilikdə isə xalqın taleyində olduqca mühüm rol oynayan “əhalinin keyfiyyəti” barədə fikirlərimi müzakirənizə vermək istəyirəm.

     

   

Həmin məqalələrdə də qeyd edildiyi kimi, xalqımızın bu keyfiyyəti qaldırmaq üçün olduqca böyük potensialı vardır. Bu potensialı nə qədər tez hərəkətə gətirə bilsək,  xalqımızın gələcəyinə bir o qədər nikbin baxa bilərik.  44 günlük tarixi müharibədə əldə etdiyimiz qələbədə həmin imkanlarımız olduqca mühüm rol oynadı.  

 

Dəfələrlə deyildiyi kimi, indi yer üzü yenidən nizamlanır. Yer üzünün yeni bir inkişaf mərhələsi başlayır.  Hər bir dövlətin, xalqın gələcəyinin müəyyənləşməsində  onun əhalisinin keyfiyyəti olduqca mühüm  əhəmiyyət daşıyır. Bunu bizim atalarımız əsrlər boyu çox dəqiq ifadə edib: - “ağıllı övlad neynir ata malını, axmaq oğul neynir ata malını”. Yaponiya, İsrail, Sinqapur, Malayziya və başqa b.k.  çox da böyük resursları olmayan dövlətlərin indiki tərəqqisi  buna aydın misaldır. Əksinə, resursları çox olub, əhalisinin fəaliyyıti, davranışı  qənaətbəxş olmayan, buna görə də yazıq gündə olan, bir vaxtlar dağılan dövlətlərə, pərən-pərən olan xalqlara aid misallar daha çoxdur.

 

Müxtəlif sosial təbəqədən olan bir çox insanlarımız tez-tez indiki vaxtda əhalinin davranışları, bir-birlərinə, hadisələrə, müxtəlif tip dəyərlərə münasibətlıri barədə danışır, yaranmış problemlərin ortadan götürülməsi ilə bağlı yollar axtarırlar. Sosial şəbəkələrdəki yazışmaların, TV-lərin xarakteri, əxlaqi  məsələlər,  ailəyə, siyasətə, elmə, təhsilə və s. münasibətlər müxtəlif səviyyələrdə müzakirə mövzusu olur. Nəyin yaxşı, nəyin pis olduğunu müəyyənləşdirmək üçün meyarlar axtarılır. Bir qism insanlar isə, əllərini yelləyib hər şeyə qarşı etinasızlıq nümayiş etdirirlər.

 

Əha­li­nin key­fiy­yə­ti  ba­rə­də da­nış­dıq­da bə­zi in­san­lar, mü­tə­xəs­sis­lər be­lə təə­cüb­lə: - əha­li­nin də key­fiy­yə­ti ola­r? ki­mi tə­lə­sik su­al­lar ve­rir­lər. Be­lə bir ter­min, an­la­yış ba­rə­də eşit­mə­dik­lə­ri­ni de­yir­lər.  Əv­va­la, dün­ya­da­kı var­lıq­la­rın, ya­ran­mış­la­rın ha­mı­sı­nın key­fiy­yə­tin­dən da­nış­maq olar. Əha­li də bir var­lıq­dır və onun da key­fiy­yə­tin­dən, bu keyfiyyətin dərəcələrindən  də  da­nış­maq tam tə­bii­dir.

 

Əha­li­nin key­fiy­yə­ti”  mə­sə­lə­si bir çox qa­baq­cıl öl­kə­lər­də həm si­ya­sət­də, həm də elm­də ən ak­tu­al mə­sə­lə­lər­dən bi­ri­dir. Bu məsələ qərb­də, el­mi ədə­biy­yat­da əsa­sən son onil­lik­lər­də ge­niş ya­yıl­ma­ğa baş­la­yıb. Am­ma bu sa­hə­yə diq­qət şərq­də ta qə­dim­dən mə­lum­dur və bu sa­hə­də ol­duq­ca cid­di təd­qi­qat­lar, ki­tab­lar möv­cud­dur. Ya­zı­lı mən­bə­lər­də be­lə bu sa­hə­də­ki araş­dır­ma­la­rın kö­kü mi­nil­lik­lə­ri o tə­rə­fə aşır. Am­ma, ürək ağ­rı­sı ilə de­mək la­zım­dır ki, şərq fəl­sə­fə­sin­də, di­ni ki­tab­lar­da, ədə­bi əsərlərdə  fər­din, əha­li­nin key­fiy­yə­ti mə­sə­lə­ri ilə bağ­lı xeyli  gözəl tövsiyyələr  ol­sa da  bu po­ten­sia­lı re­al­laş­dır­maq me­xa­nizm­lə­ri ya­ra­na bil­mə­miş­dir. Bu po­ten­sia­lın üzə  çıx­ma­sı­na ma­ne olan xeyli səbəblər göstərmək olar.   

         

 

Tarixi təcrübə göstərir ki, o  cə­miy­yət­də ki, əha­li­nin key­fiy­yə­ti mə­sə­lə­si­nə la­zı­mi diq­qət ye­ti­ril­mir, hə­min cə­miy­yət­də etinasızlıq, tənbəllik, yarımçıqlıq, natamamlıq  kompleksi,  dedi-qodu, qarşıdurmalar, kri­mi­nal­lıq ar­tır,  möv­cud so­si­al sis­te­min da­ğıl­ma­sı üçün re­al təh­lü­kələr ya­ra­nır. Qlobollaşma prosesi sürətləndikcə bu təhlukələr daha da artır.

         

 

Bəzi yanlış nəzəriyyələr, məhdud siyasətçilər isə belə hesab edirlər ki, əhalinin keyfiyyəti nə qədər aşağı olarsa onu idarə etmək daha asan olar.  Keçmiş zamanlarda, müəyyən dövrlərdə bu fikir özünü doğrulda bilərdi. İndi  isə, qlobollaşmanın yaratdıöı yeni vəziyyətdə bu tamamilə səhv fikirdir. Əhalinin keyfiyyətinin aşağı düşməsi yalnız düşmənlər üçün əlverişlidir.     

        

 

Key­fiy­yət­li əha­li həm is­teh­sa­lat­da yax­şı ça­lı­şır, həm də öl­kə­nin müdafiə qüdrətinin artmasında,  mə­nə­vi in­tel­lek­tu­al po­ten­sia­lı­nın  yüksəlməsində, döv­lət qu­ru­cu­lu­ğun­da ol­duq­ca mü­hüm rol oy­na­yır. Bəzən bir yüksək keyfiyyətli insan öz xalqı üçün minlərlə insanın görə bilmədiyi işlər görür. Öz tariximizdə də buna dair xeyli misallar vardır.  Əha­li key­fiy­yət­li ol­duq­ca, hə­min əra­zi­də ahəngdar münasibətlərin yaranması, tə­rəq­qi pro­se­si­nin təş­ki­li də asan­la­şır. So­si­al-iq­ti­sa­di pro­ses­lə­rin uğur­la ida­rə olun­ma­sı üçün cid­di im­kan­lar ya­ra­nır. Hər bir öl­kə­nin əha­li­si­nin key­fiy­yə­ti ey­ni za­man­da hə­min öl­kə­nin imi­ci­ni mü­əy­yən­ləş­di­rir, bey­nəl­xalq mü­na­si­bət­lər­də ol­duq­ca mü­hüm rol oy­na­yır.

      

 

Əhalinin keyfiyyəti ölkənin tərəqqisinin ən mühüm göstəricisi, ən mühüm meyarıdır. Müstəqilliyin ən mühüm cəhətlərindən biri əhalinin keyfiyyətini qaldırmaq üçün imkanların yaranmasıdır. İqtisadiyyat, demoqrafiya, mədəniyyət, elm, təhsil, səhiyyə,  siyasət, ordu, ekologiya və s. sahələrin inkişafını o zaman arzu edilən saymaq olar ki, bu inkişaf əhalinin keyfiyyətinin daha da yaxşılaşmasına kömək eləsin. Bu sahələrin heç biri ayrılıqda məqsəd deyildir. Onlar  ölkənin tərəqqisinə nail olmaq üçün vasitələrdir. Bu vasitələr arzu olunan şəkildə inkişaf etdikcə ölkə daha yaxşı tərəqqi edir, xalqın gələcəyi üçün daha yaxşı imkanlar yaranır.

        

 

Mən də son otuz ildə əhalinin keyfiyyəti problemlərinin elmi tərəfləri ilə ciddi şəkildə məşğul oluram. Xeyli məqalələrim, monoqrafiyalarım və müsahibələrim dərc olunub.  Təəsüflə deməliyəm ki, hələlik bu araşdırmalara maraq göstərilmir. Ölkəmizdə bu problemin elmi şəkildə araşırılmasına  arzu olunan diqqət yoxdur. Hər kəs internetdə axtarış aparmaqla bunu aydın görə bilər. Amma, bu məsələlərə diqqətin artırılması günümüzün, tariximizin tələbidir. Belə bir vəziyyət üçün kimi isə tənqid etmək istəmirəm. Fikrim, yaxın gələcəkdə bu məsələlərə diqqətin artırılmasının vacib, zəruri  olduğunu göstərməkdir.

      

 

Əhalinin keyfiyyəti barədə əhalinin özündə fikir aydınlığı olmalıdır.  Bu hər kəsə  həmin keyfiyyəti yüksəltməklə bağlı özünün də ciddi fəaliyyət göstərməyə borclu olduğunu öz qəlbi ilə hiss etməsinə kömək edər. Bəs, əhalininin keyfiyyətinin əsas göstəriciləri hansılardır? O göstəriciləri inkişaf etdirmək üçün nə etmək lazımdır?

       Fikrimcə, hər bir sosial sistemdə(ailə, təşkilat, ərazi, ölkə, yer üzü) tərəqqidən, əhalinin arzu olunan keyfiyyətindən o zaman danışmaq olar ki, mövcud olan imkanlar hesabına bu üç göstəricinin tələbləri qarşılıqlı olaraq yerinə yetsin:

  1. O sistemdə əhalinin əksəriyyətinin fiziki sağlamlığı get-gedə yaxşılaşsın;
  2. İnsanların əksəriyyətinin mənəvi zənginliyi getdikcə artsın;
  3. İnsanların böyük əksəriyyətində əməyə yaradıcı münasibət təlabatı getdikcə

    yüksəlsin.

     

 

Bir az əvvəl adını çəkdiyimiz vasitələrin(mədəniyyət, iqtisadiyyat, siyasət, ekologiya, demoqrafiya, elm, təhsil, səhiyyə və s. və s. ) inkişafı bu üç şərtin hər birinə və onların qarşılıqlı olaraq yerinə yetməsinə kömək etmirsə, o zaman onların inkişafının arzu olunan istiqamətdə getdiyini demək düz olmaz. Misal üçün,  ötən əsrin ortalarından başlayaraq Sumqayıt şəhəri iqtisadi cəhətdən sürətlə inkişaf edirdi. Əgər bu iqtisadi inkişaf əhalinin fiziki sağlamlığına ciddi zərbə vururdusa, o iqtisadi inkişaf  yolverilməz hesab olunmalıydı.

         

 

Bəs bu üç şərtin tələb etdiyi sahələr üzrə uğurlara nail olmaq üçün hansı işlər görülməlidir? Təbii ki, ən əvvəl bunun üçün istək olmalıdır. Belə bir istək olduqda, ciddi elmi təminatlı Fəaliyyət Proqramları, Yol Xəritələri hazırlanmalıdır.    Görülməsi vacib olan ilk iş kadr hazırlığıdır. Yəni, biz bu sahədə elmi təminat bazası hazırlamağı, onu həyata keçirməyi  bacaran kadrlar – sosioloqlar, sosial işçilər, psixoloqlar, sosial idarəetmə mütəxəssisləri, bu sahəni dərindən bilən İT mütəxəssisləri, riyaziyyatçılar və b.k. mütəxəssislər hazırlamalıyıq. Əslində, formal olaraq  bu sahədə kadrlar indi də hazırlanır. Amma, təəsüf ki, onlar lazımi keyfiyyətdə, müasir dövrün tələb etdiyi səviyyədə, məqsədyönlü şəkildə hazırlanmır. Biz iqtisadiyyatla, ordu ilə, ekologiya ilə və s. bağlı problemləri başqa ölkələrdən dəvət etdiyimiz mütəxəssislərin köməyi ilə də həll edə bilərik. Amma sosial problemlərimizi uğurlu həll etmək, əhalinin keyfiyyətini qaldırmaq üçün  hökmən milli kadrlarımız olmalıdır.  Bu barədə sonrakı hissədə...

      

 

Bəzən əhalinin keyiyyıtinin qaldırılması, hansısa sosial problemin həlli ilı bağlı danışanda  bəziləri özlərini çox “bilgili və ağıllı” hesab edərək, başqa ölkələrdə də vəziyyətin yaxşı olmadığına aid misallar göstərirlər. Əvvala, biz niyə özümüzü vəziyyəti pislərlə müqayisə etməli, pis vəziyyəti müasirlik kimi qəbul etməliyik?  İndiki dövrdə, qərb ölkələrinin cox müasir maşınlar ixtira etməyə imkanları çoxdursa, bizim də humanitar sahələrin problemlərini həll edə bilmək üçün yeni modellər təklif etmək potensialımız var. Ölkəmizin və yer üzünün tərəqqisi naminə bu sahədə ciddi fəaliyyət göstərməmizə böyük ehtiyac vardır.  

 

Əhməd Qəşəmoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin