Bir qədəh qırmızı şərab nəyə qadirdir?

Hazırda oxunan: Bir qədəh qırmızı şərab nəyə qadirdir?

92196
Elə ərzaqlar var ki, onların faydalı, yaxud zərərli olması indiyə kimi mübahisəli məsələdir. Məsələn, bu gün bəzi alimlər hesab edirlər ki, şokolad ömrü uzadır.  Başqa bir qrup alim isə şokoladın səhhətimizdə ciddi fəsadlara səbəb olacağını iddia edir.
 
Amma söhbət qırmızı şərabdan gedirsə, əksəriyyət bu aristokrat içkinin insan orqanizminə yalnız xeyir verdiyini düşünür. Əlbəttə ki, həddi aşmamaq şərti ilə.
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son tədqiqatlar hər gün bir qədər qırmızı şərab içməyin beyin sağlamlığını qoruduğunu, zehni isə gücləndirdiyini göstərib.
 
ABŞ-ın Tibb Universitetinin alimləri MİND adlı pəhriz  hazırlayıblar. Bu pəhriz göyərti, tərəvəz, paxla, toyuq, balıq, qoz, çoxlu sayda taxıllarla zəngindir. Alimlər pəhrizə qırmızı şərab da daxil ediblər.
 
80 yaşa qədər olan 960-a yaxın iştirakçı 5 il ərzində həmin pəhrizi saxlayıb və nəticə inanılmazdır. Pəhrizi  çox ciddi şəkildə təqib edənlərdə beyin fəallığı yaxşılaşıb.
 
Hər gün bir qədər şərab içməyin beyin sağlamlığını qorumağa kömək etdiyini əminliklə demək çətindir. Lakin zərər verməyəcəyi  dəqiqdir. Başlıcası, həddi aşmamaqdır.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin