“Asus” şirkəti sentyabrda “ağıllı” saatlarını nümayiş etdirəcək

Hazırda oxunan: “Asus” şirkəti sentyabrda “ağıllı” saatlarını nümayiş etdirəcək

53314
Bir həftə sonra Berlində start götürəcək “IFA 2014” sərgisində “Asus” şirkəti ilk smart saatını nümayiş etdirəcək.

Hazırda məhsul haqqında rəsmi məlumat yoxdur, amma şirkətin “Facebook” və “Twitter” səhifələrində “ağıllı” saatın şarjı yerləşdirilib. Məlumdur ki, “Asus” şirkətinin “ağıllı” saatları “Android Wear” əməliyyat sistemi ilə işləyəcək.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin nümayəndələri bildiriblər ki, cihaz sentyabrın 3-də nümayiş etdiriləcək. “TechCrunch” nəşrinin məlumatına görə, saatın qiyməti 150 dollar olacaq. Məsələn, bir qədər əvvəl “Motorola” şirkəti 250 dollar məbləğində “Moto 360” “ağıllı” saatını təqdim edib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin