Rusiyanın qalmaqallı ictimai ekstremist fiqurlarından biri, qatı millətçi və fəaliyyəti qadağan olunmuş bir sıra təşkilatlar yaratmış yazıçı Eduard Limonov Qarabağda ölməyi arzuladığını bildirib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, faşist əqidəli yazıçı bu haqda öncə sosial şəbəkədə yazıb, sonra isə “Vzqlyad” nəşrinə açıqlamasında da dediklərini təsdiqləyib. E.Limonov bu fikirlərinin Rusiya dövlətinin də, müxalifətinin də ondan üz döndərməsi səbəbindən yarandığını ifadə edib.
Qatı türk, Azərbaycan düşməni olan bu məxluq açıqlamalarında “Artsax”ı dövlət, erməniləri isə “qəhrəman” adlandırır, Kəlbəcərdəki Xudavənd alban məbədini də xatırladır...
"Özün üçün "Artsax" adlıxa0 bir dövlətin torpağında uzanırsan. Və orada qəhrəman silahlı dağ erməniləri cığırlar boyunca gəzirlər. Orada qədim Dadivank(Xudavənd-S.L.) monastırıxa0 var..."- xəstə təxəyyüllü E.Limonov belə deyir.
Xatırladaq ki, buxa0faşist rusiyalı siyasətçi 2017-ci ilin yayında Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlarımıza baş çəkib. O, xa0qondarma rejimin keçmiş müdafiə naziri” Levon Mnatsakanyanla görüşüb. Daha sonra onu xa0erməni hərbçilərinin müşayiəti ilə təmas xəttinin Gülüstan kəndi istiqamətinə, işğalçı qüvvələrin 20 nömrəli postuna gətiriblər. Limonov erməni səngərinin ambrazurundan Gülüstan kəndinə tərəf boylanıb, kənddən “ermənilərin azərbaycanlılar tərəfindən qovulduğunu, onun azad ediləcəyi günü gözlədiyini” yazıb.
E.Limonov vaxtilə Balkanlarda serblərin tərəfində Bosniya müsəlmanlarına qarşı da vuruşub...
Sultan Laçın




































































































