Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər - VİDEO

Hazırda oxunan: Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər - VİDEO

641886

“Putin və Zelenski razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Biz isə onların razılığa gəlməsinə nail olacağıq”.

Bizim.Media  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məsələsinə münasibət bildirərkən deyib.

Tramp hər iki liderin enerji infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan atəşkəsi dəstəklədiyini düşündüyünü bildirib.

“Düşünürəm ki, onların hər ikisi enerji atəşkəsini dəstəkləyir. Onlar mütləq razılığa gəlməlidirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin