Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Moderator.az-a açıqlamasında başa çatmaqda olan 2015-ci ili dəyərləndirib:
“Əvvəla xatırladım ki,
2015-ci il “Kənd təsərrüfatı ili”x9d elan edilmişdi. Artıq demək olar ki, “Kənd təsərrüfatı
ili”x9dnı yekunlaşdırmaq olar. Əvvəlki illərdən fərqli olaraq bu il aqrar sahədə uzun
müddət öz həllini tapmayan problemlərin sayı bir az da artdı. İstehsalda geriləmələr
oldu, nəticədə kənd təsərrüfatı məhsulları, ərzaq malları ixracı azaldı, idxalı
isə artdı. Kənd təsərrüfatında əvvəllər mövcud olan problemlərin aradan
qaldırılması istiqamətində hər hansı addım atılmadı. Bu il “Kənd təsərrüfatı
ili”x9dnin elan edilməsini əsaslandırmaq məqsədi ilə sahəyə aid fərmanlar, sərancamlar
imzalandı, kağız küyü yaradıldı. Əsassız vədlər verildi. İmzalanan fərmanların,
sənədlərin bir çoxu kağız üzərində qalsa da, pul ayırmaları ilə bağlı olan sərəncamlar
dərhal yerinə yetirildi. Təəssüflər olsun ki, maliyyə vəsaitləri daha çox qeyri
-istehsal sahələrinə yönəldildi. Bu il
heç bir əsas, ehtiyac olmadığı halda, Dövlət Taxıl Fondunun (DTF) buğda ehtiyatı
daha 250 min ton artırılaraq 750 min tona çatdırıldı. Ona görə də xaricdən gətirilən
buğdanın həcmi artırıldı. Dövlət Taxıl Fondu bu qədər buğda ehtiyatını daxili
istehsal hesabına yaratmır, xaricdən idxal edir. DTF onu əsas gətirir ki, guya
bizim fermerlər istehsal etdikləri məhsul unüyütmə üçün yararsızdır. Digər tərəfdən
Kənd təsərrüfatı Naziri iddia edir ki, yerli taxıl, xüsusən buğda keyfiyyətlidir.
Bu da sual doğurur. Yalnız taxıl idxalı üçün hər il ölkədən 450 milyon dollar vəsait çıxarılır. Bu qədər vəsait əcnəbi fermerlərin
istehsalını genişləndirir, biznesini stimullaşdırır. Dövlət büdcəsindən kənd təsərrüfatına 597
milyon manat vəsait ayrılıb. Deyilənlərə inansaq, bu qədər maliyyə vəsaitinin əsas
hissəsi taxılçılığın inkişafına yönəlir. Bəs necə olur ki, sahəyə ciddi dövlət
dəstəyi olduğu halda, hər il ölkəyə 1 milyon 500 min ton ərzaq buğdası idxal
olunur? Bilirsinizmi, bu qədər buğda bizim istehlak etdiyimizdən də çoxdur.
Dünyada adambaşına 90 kiloqram ərzaq buğdası istehsal olunsa da bunun 20 faizi
ehtiyat kimi saxlanılır. Dövlət
Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda adambaşına 180 kiloqram
buğda istehsal olunur, 150 kiloqram da idxal edilir. Adambaşına 330 kiloqram
buğda düşür. Belə təsəvvür yaranır ki, ölkə əhalisi yalnız buğda ilə qidalanır.
Əgər ölkəyə normadan çox məhsul idxal edilibsə, istehsal da təlabatdan çox
olubsa, həmçinin 7 aylıq ehtiyat buğda
varsa, onda unun qiyməti bir gün ərzində niyə 50 faiz artıb?
Bütün ölkələrdə ərzaq
buğdası, un, çörək vacib sosial əhəmiyyət kəsb edən strateji məhsul hesab
olunur. Əgər başqa ölkələrdə unun qiyməti 50 faizədək artardısa, hökumət qiymət
artımının qarşısını almaq üçün dərhal müvafiq tədbirlər həyata keçirərdi. Azərbaycan
bazarında da unun qiymətinin kəskin
artmasının qarşısı alınmalı idi. "Dövlət Taxıl Fondunun saxlanması
və istifadəsi Qaydaları"nın 4.1. maddəsində ehtiyat buğdadan "lazım gəldikdə,
daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq
məqsədi ilə" istifadəsi nəzərdə tutulduğu halda, qiymət artımının qarşısı
alınmadı. Dövlət Taxıl Fondunun nə üçün, kim üçün yaradıldığı sual yaratmaqla
yanaşı həm də şübhələr yaradır. Əslində Azərbaycan hökuməti daxili istehsalı
stimullaşdırmalıdır. Ona görə də Dövlət Taxıl Fondu ehtiyat buğdanı yerli
fermerlərin istehsal etdikləri məhsulun hesabına formalaşdırmalı idi. Əks halda
bu fondu yaratmağa nə ehtiyac var? Dünya
bazarında buğda təklifi həmişə tələbi üstələyib. Bizim fermerlərin istehsal
etdikləri məhsulu tədarük etməklə onların satışla bağlı yükünü asanlaşdırmaq,
istehsala maraqlarını artırmaq olardı. Buğda istehsalı ilə bağlı rəqəmlərin
uydurma olduğuna heç şübhə yoxdur. Əgər istehsal olsaydı bazarda olardı. Bir
varı, bir də yoxu gizlətmək mümkün deyil. Bu ölkədə dövlət məmurları
“pripiska”x9dya, yalanlar uydurmağa, rəqəmləri istəklərinə uyğun olaraq dəyişməyi
vərdiş ediblər. Onlar dövlət büdcəsindən ayrilan maliyyə vəsaitlərini mənimsəmək
məqsədilə bunu edirlər.
Bu il Kənd Təsərrüfatı Nazirliyi üçün çox
yaxşı fürsət ola bilərdi, aqrar sahənin inkişfı istiqamətində bir sıra ciddi
layihələr hazırlayıb həyata keçirərdi. Lakin bu qurumun rəhbərliyi istehsalla
bağlı görüləcək vacib işləri kənara qoyub, dövlət büdcəsində nəzərdə tutulan
böyük maliyyə və pul resurslarının tikinti işlərinə yönəldilməsinə nail oldu.
Külli miqdarda dövlət vəsaitləri heç bir zəruri ehtiyac olmayan 52 inzibati
binanın inşasına yönəldildi. "Kənd
təsərrüfatı ili"nin kənddə yaşayanlara heç bir faydası olmasa da, nazirin
özünə, uşaqlıq dostuna və qohumuna düşərli oldu. Düşünməyin ki,“Bal tutan
barmaq yalayar”x9d məsəli burada yerinə düşür. Birincisi, hökümət məmurları bal
tutmadan da, almadan da bal yeyə bilir. İkincisi, kənd təsərrüfatı məhsulu
istehsalçıları vergidən azad olunduqları halda, bu sahəyə böyük həcmdə dotasiya
ayrıldığı halda, nazirlik hansı əsasla büdcədən əhəmiyyətsiz işlərə maliyyə vəsaiti
ala bilir? Axı atalar belə də deyib: “İnək südünə görə mələyər”x9d. Süd demişkən,südü,
buğdanı, əti, kartofu, şəkəri, çayı, yağı, Rusiyadan, Qazaxıstandan,
Hindistandan, Gürcüstandan, Belarusdan, Ukraynadan, İrandan, Braziliyadan,
Avstraliyadan və sair ölkələrdən gətirirlər, bahalı inzibati binaları isə sahədən
bixəbər olan yerli məmurlar üçün inşa edirlər. Sual olunur, bu sahəyə dövlət
büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsinə nəzarət edən dövlət
qurumu varmı? Varsa, hanı? “
Ardı var































































































